NEFTCHI FM  Internet Online Radio Chanal
Saat 18:00 dan 23:00 kimi Sizlərlə

Hal hazırda saytı Radionu dinləyənlər


Cəmi sayta olan: 1
Qonaq: 1
İstifadəçi: 0

Azərbaycan futbolunun acı tarixi…

YAŞASIN ? YAŞAMASIN ? Avro-2012-nin seçmə mərhələsi çərçivəsində milli komandanın keçirəcəyi oyunlarla əlaqədar olaraq Premyer Liqada iki həftəlik fasilə yaranıb. Fasilədən sonra işini bərpa edəcək çempionatın növbəti turunda "Xəzər Lənkəran” əzəli rəqibi "Neftçi” ilə qarşılaşacaq. "Böyük oyun” adı almış "Xəzər Lənkəran” – "Neftçi” oyunu həmişə ölkənin futbol ictimaiətinin diqqət mərkəzində olur. "Böyük oyun”lar həm də tribunalarda açılan biri-birindən maraqlı bannerlərlə müşahidə olunur. "Ağ-yaşıl” azarkeşlər hər dəfə olduğu kimi bu dəfə də "Böyük oyun”a xüsusi hazırlaşırlar. Sentyabrın 10-da "Fırtınalar meydan”ında keçiriləcək oyun zamanı tribunalarda müxtəlif mövzularda çoxlu bannerlərin açılacağı gözlənilir. Mövzular müxtəlif olsa da bütün bannerlərin "Neftçi” ilə əlaqədar olacağı yəqindir. Əzəli rəqibimizin fanatlarına daha çox təsir edən banner 19.10.2008 tarixində "Fırtınalar meydan”ında keçirilən oyun zamanı Lənkəranlı azarkeşlər tərəfindən tribunalarda açılmışdı. "Xəzər Lənkəran”ın xeyrinə 2:0-hesabı ilə bitən həmin oyunda ikinci top qonaqların qapısına vurulandan sonra cənublu azarkeşlər tərəfindən üzərində "Yaşasın ? yaşamasın ?” yazılmış banner açıldı. Keçmişdə qladiator döyüşlərində məğlub olmuş döyüşçünün yaşayıb yaşamamasına döyüşü izləyənlərin istəyinə uyğun qərar verilməsini nəzərdə tutan və rəmzi mənada yazılmış banner özü-özülüyündə çox uğurlu alınmışdı. Oyundan dərhal sonra verilən reaksiyalardan bilindi ki, banner nəinki "Neftçi” fanatlarını hətta klub rəsmilərini və klubun veteranlarını da özündən çıxarmışdı. Əslində yaradılan ajiotaj yersiz idi və bir bannerin bu qədər şişirdilməsi lazımsız hərəkət idi. Cənublu futbolsevərlərin sivil addımlarına eyni qaydada cavab vermək də olardı. Lakin görünür Azərbaycan futbolunun acı tarixininin qəhrəmanı olan "Neftçi” klubunu hazırda təmsil edənlər "Xəzər Lənkəran” azarkeşlərinə banner savaşında məğlub olacaqlarını anlayaraq digər yollara əl atmışdırlar…  


12cioyuncu Fan Klubu