NEFTCHI FM  Internet Online Radio Chanal
Saat 18:00 dan 23:00 kimi Sizlərlə

Hal hazırda saytı Radionu dinləyənlər


Cəmi sayta olan: 1
Qonaq: 1
İstifadəçi: 0
Главная » 2012 » Mart » 17 » İspaniya La Liqası: "Barselona"dan növbəti qələbə
09:47
İspaniya La Liqası: "Barselona"dan növbəti qələbə
İspaniya La Liqasında XXVII turun oyunlarına start verilib.  ilk oyun günündə 5 qarşılaşma baş tutub. 

Səfərdə "Qetafe"nin qonağı olan "Real" (Sosyedad) klubu meydanı xalsız tərk edib. Matçın taleyini isə bir qol həll edib. Martinezin matçın 81-ci dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.

Doğma azarkeşləri önündə "Sportinq" (Xixon) klubu ilə qarşılaşan "Qranada" da bu tur qələbəyə sevinib. Rəqibini 2 dəfə məyus edən meydan sahibləri sonda meydandan 3 xalla ayrılıb - 2:1.

Turun mərkəzi qarşılaşması isə Sevilyada baş tutub. Burada yerli "Sevilya" klubu "Barselona"nı qəbul edib. Kataloniya ilk hissədə vurduğu 2 qolla növbəti qələbəsini qazanıb - 2:0.

Qeyd edək ki, XXVII turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.




17 mart

İspaniya La Liqasında XXVII turun oyunları

"Qetafe" - "Real" (Sosyedad) - 1:0
Qol: Martinez, 81 (1:0)

"Saraqoza" - "Osasuna" - 1:1
Qollar: Poştiqa, 86 (1:0), Rodriqez, 88 (1:1)

"Qranada" - "Sportinq" (Xixon) - 2:1
Qollar: Martins, 3 (1:0), Sikueyra, 24 (2:0), Kolunqa, 90 (2:1)

"Sevilya" - "Barselona" - 0:2
Qollar: Xavi, 18 (0:1), Messi, 25 (0:2)

"Rayo Valyekano" - "Betis" - 2:0
Qol: Armentero, 51 (1:0), Kosta, 78 (2:0)
Категория: İspaniya Futbolu | Просмотров: 413 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]